Argentina millisinin futbolçusu Xavyer Maskerano və Lukas Bilya yığmadakı karyeralarını başa vurublar.
Sportal.az xəbər verir ki, hər iki futbolçu bu barədə DÇ-2018-in 1/8 final mərhələsində Fransaya 3:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları oyundan sonra qərar veriblər.
Qeyd edək ki, 34 yaşlı Maskerano 2003-cü ildən, 32 yaşlı Bilya isə 2011-ci ildən Argentina millisinin şərəfini qoruyurdu.
saytlarin hazirlanmasi
