Rusiya İspaniyanı dünya çempionatından kənarlaşdırdı VİDEO

22:30 - 1 İyul 2018

DÇ-2018-də 1/8 final mərhələsinin oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, turnirin təşkilatçısı Rusiya İspaniya ilə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər zərbəsində isə Rusiya 4:3 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.

 

Rusiya 1/4 finalda Danimarka - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.

 

İspaniya – Rusiya - 1:1

Qollar: Sergey İqnaşeviç, 12 (avtoqol) - Artem Dzyuba, 41 (pen.)

Penaltilər seriyası: 3:4

 

 

Xəbər xətti