DÇ-2018-də 1/8 final mərhələsinin oyunları davam edir.
Sportal.az xəbər verir ki, Xorvatiya və Danimarka millilərinin üz-üzə gəldiyi oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər zərbəsində isə xorvatlar 3:2 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.
Xorvatiya 1/4 finalda Rusiya ilə qarşılaşacaq.
Xorvatiya – Danimarka - 1:1
Qollar: Mandjukiç, 4 - Yorgensen, 2
Qeyri-dəqiq penalti: Luka Modriç, 115
Penaltilər seriyası: 3:2
saytlarin hazirlanmasi
