Kolumbiya millisinin üzvləri Karlos Bakka və Mateus Uribe azarkeşlər tərəfindən ölümlə təhdid olunub.
Sportal.az xəbər verir ki, yerli fanatlar onların İngiltərə ilə matçda penaltiləri yerinə yetirə bilməməsinə əsəbiləşib. Onlar hər iki futbolçunu öldürməklə hədələyiblər. Azarkeşlər futbolçuları ölkəyə qayıtmamağa çağırıblar.
Qeyd edək ki. DÇ-2018-in 1/8 final mərhələsində Kolumbiya - İngiltərə matçının əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan avropalılar 1/4 finala vəsiqə qazanıb.
saytlarin hazirlanmasi
