Danilo üçün dünya çempionatı erkən başa çatdı

13:05 - 6 İyul 2018

DÇ-2018-in 1/4 finalında Belçika ilə qarşılaşacaq Braziliya millisində itki baş verib.

 

Sportal.az xəbər verir ki, sambaçılar Danilonun xidmətindən məhrum olub. 26 yaşlı müdafiəçinin məşq zamanı topuğundan zədələnib və turnirin digər görüşlərində iştirak etməyəcəyi dəqiqləşib.

 

Qeyd edək ki, Danilo DÇ-2018-də İsveçrə ilə oyunda (1:1) 90 dəqiqə oynayıb.

Xəbər xətti