Dünya çempionatında 1/4 finalın oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün bütün yarımfinalçıların adına aydınlıq gələcək.
Öncə İsveç və İngiltərə yığmaları üz-üzə gələcək. Son olaraq isə DÇ-2018-in təşkilatçısı Rusiya Xorvatiya ilə qarşılaşacaq.
Xatırladaq ki, Fransa və Belçika yığmaları artıq yarımfinala vəsiqəni təmin edib.
DÇ-2018, 1/4 final
7 iyul
18:00. İsveç - İngiltərə
Baş hakim: Byörn Kuypers (Hollandiya).
Samara. “Samara Arena”.
22:00. Rusiya - Xorvatiya
Baş hakim: Sandro Riççi (Braziliya).
Soçi. “Fişt” stadionu.
