Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı VİDEO

01:10 - 8 İyul 2018

DÇ-2018-də 1/4 final mərhələsi başa çatıb.

 

Sportal.az xəbər verir ki, turnirə ev sahibliyi edən Rusiya Xorvatiya ilə görüşüb. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyuna əlavə edilmiş 30 dəqiqədə tərəflər hərəyə 1 dəfə fərqlənib  və görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penalti zərbələrində dəqiq olan xorvatlar yarımfinala adlayıb.

 

Xorvatiya yarımfinalda İngiltərə ilə üzləşəcək.

 

Rusiya – Xorvatiya - 2:2

Qollar: Denis Çerışev, 31, Mario Fernandes, 115 - Andrey Kramariç, 39, Domaqoy Vida, 101

Penaltilər seriyası - 3:4

 

 

Xəbər xətti