Fransa dünya çempionatında ilk finalçı oldu VİDEO

00:19 - 11 İyul 2018

Dünya çempionatında ilk finalçının adı məlum olub.

 

Sportal.az xəbər verir ki, həlledici oyuna vəsiqə üçün ilk olaraq, Fransa və Belçika milliləri mübarizə aparıblar. Qarşılaşmada 1:0 hesabı ilə ilə qalib gələn fransızlar finala yüksəliblər.

 

Bu, "xoruzlar"ın son 20 ildə 3-cü mundial finalı olacaq. Belçika isə 3-cü yer uğrunda mübarizə aparacaq.

 

Digər finalçı isə İngiltərə - Xorvatiya matçından sonra bəlli olacaq.

 

10 iyul

DÇ-2018

Yarımfinal

 

Fransa - Belçika - 1:0 

Qol: Umtiti, 51

 

 

Xəbər xətti