Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bu matçda bəlli oldu - VİDEO

09:18 - 13 Avqust 2025

UEFA Çempionlar Liqasında pley-offa vəsiqə qazanan "Qarabağ"ın rəqibi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi liqa mərhələsinə gedən yolda növbəti rəqibi "Ferensvaroş" olub.

Macarıstan klubu III təsnifat mərhələsində "Ludoqorets"i mübarizədən kənarlaşdırıb (0:0, 3:0).

Xatırladaq ki, Ağdam təmsilçisinin pley-offda ilk oyunu avqustun 19-da səfərdə, cavab qarşılaşması isə avqustun 27-də Bakıda baş tutacaq.

Xəbər xətti