"Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil" - Qurban Qurbanov

01:39 - 20 Avqust 2025

Bu gün Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxan "Qarabağ" səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub etməyi bacarıb.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Futbolçularım bu qədər azarkeş qarşısında əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil. Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. Rəqib adi bir epizodda qol vurmağı bacaran komandadır. Hər şeyə Bakıda aydınlıq gələcək".

Qurbanov ilk qolu buraxdıqdan sonra həvəsdən düşmədiklərini də qeyd edib: 

"Deməzdim,həvəsdən saldı. Səfərdə qapında qol görəndə bir az komandada həyəcan çoxalır. Qoldan sonra üzərimizə təzyiq çoxaldı. Lakin bir qədər sonra toparlanmağı bacardıq. İkinci hissədə qollar vurmağı bacardıq. Qarşımızda çox ciddi bir rəqib və məğlub olmağı sevməyən bir baş məşqçisi var. Bakıdakı oyunda ciddi oynayıb bu oyunun nəticəsini daha da anlamlı etməliyik".

Xəbər xətti