“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola dünya futboluna təsiri barədə danışıb.
Sportal.az xəbər verir ki, Qvardiola bunları qeyd edib:
"Mən sadəcə komandalarımın istədiyim kimi oynaması üçün çalışmışam. Heç bir an belə öz prinsiplərimə xəyanət etməmişəm və bu prosesdə çox şey öyrənmiş, çox şeyi dəyişmişəm.
Amma qəlbimdə dərin inandığım əsas prinsiplərə heç vaxt xəyanət etməmişəm. Çünki əgər səhv etsən və ya rəqib daha güclü olsa belə, ən azı inandığın şeydən dönmədiyini hiss edirsən.
Məndə belə hal heç vaxt olmayıb. Hər bir komanda, hər bir futbolçu, hər bir ölkə fərqlidir. Məhz buna görə mən daim uyğunlaşıram".
saytlarin hazirlanmasi
