"Everton"un futbolçusu İliman Ndiaye İngiltərə Premyer Liqasında klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, seneqallı vinger "Mançester Siti"yə keçəcək. Bu barədə "The Athletic" nəşrinin jurnalisti David Ornşteyn məlumat yayıb.
Artıq klublar arasında bütün detallarda razılıq əldə olunub. "Mançester Siti" 26 yaşlı ön xətt oyunçusu üçün 75 milyon avro təzminat ödəyəöcək.
Qeyd edək ki, "Everton" İliman Ndiayeni 2024-cü ilin yayında "Marsel"dən 18 milyon avroya transfer edib. Seneqal millisinin üzvü Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 74 rəsmi matçda 17 qol və 4 məhsuldar ötüürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
