"Milan"ın hücumçusu "Portu"da - RƏSMİ

14:57 - 1 Sentyabr 2026

"Portu" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Portuqaliya nəhəngi "Milan"dan Santyaqo Ximenesi icarəyə götürüb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Meksikalı hücumçu mövsümün sonuna kimi "əjdahalar"ın formasını geyinəcək.

Qeyd edək ki, "Milan" Santyaqo Ximenesi 2025-ci ilin fevralında "Feyenoord"dan 30 milyon avroya transfer edib. 25 yaşlı forvard 2025/26 mövsümündə "rossoneri"nin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti