Premyer Liqa klubu 55 milyon avroya futbolçu transfer etdi - RƏSMİ

16:40 - 1 Sentyabr 2026

İngiltərənin "Aston Villa" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi PSJ-dən İbrahim Mbayeni transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Aston Villa" seneqallı vinger üçün Fransa klubuna 55 milyon avro təzminat ödəyib. 18 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, İbrahim Mbaye PSJ-nin yetirməsidir. Seneqal millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 nəhənginin heyətində meydana çıxdığı 28 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti