Hepatit B virusu aşkarlandığı üçün bu yay transfer olunduğu “İmişli”də cəmi bir ay qalan Domingos Sengui Hermenegildonun (Pikas) yeni komandası müəyyənləşib.
Sportal.az Sportinfo.az-a isstinadən xəbər verir ki, 25 yaşlı hücumçu Portuqaliyaya qayıdıb. Belə ki, anqolalı futbolçu “Fafe” ilə müqavilə imzalayıb.
Halbuki o, ötən ay “İmişli”yə məhz “Fafe”dən keçmişdi.
Pikas klubun mətbuat xidmətinə açıqlamasında qayıtmaq qərarından danışıb: “Fafe” ilə müqaviləni yeniləməmək qərarı mənim üçün çətin olmuşdu.
Çünki bu klub evim kimidir. Bəzən nə qədər xoşbəxt olduğumuzu anlamaq üçün getmək lazım olur. Mənim də başıma gələn məhz bu oldu. Burada son iki mövsümdə qurduğum işi davam etdirmək istəyirəm”.
Azərbaycanın Miqrasiya Məcəlləsinə əsasən, əcnəbilərin Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə alması zamanı onların sağlamlıq vəziyyəti də nəzərə alınır.
Əgər şəxsdə qanunvericilikdə təhlükəli yoluxucu xəstəlik kimi müəyyən edilən xəstəlik aşkarlanarsa, ona müvəqqəti yaşamaq üçün icazə verilməyə bilər.
Həmin şəxsin artıq belə icazəsi varsa, icazə ləğv edilə bilər. Görünür, Portuqaliyada belə tələblər olmadığından Pikas “Fafe”də oynaya biləcək.
saytlarin hazirlanmasi
