“Monako”nun mərkəz yarımmüdafiəçisi Lamin Kamara “Çelsi”yə keçir.
Sportal.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, London klubu və heyətində rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin çıxış etdiyi “Monako” 22 yaşlı seneqallı futbolçunun 55 milyon avroya transferi ilə bağlı prinsipial razılığa gəlib.
Futbolçu tibbi müayinədən keçmək üçün icazə alıb. İndi klublar transferi rəsmiləşdirməyə vaxtında çatmalıdırlar.
Kamara ötən mövsüm Liqa 1-də 24 matçda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib. O, DÇ-2026-da 4 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
