Brunu Fernandeş Portuqaliya milli komandasının UEFA Millətlər Liqasında Norveçə qarşı keçirəcəyi matçda oynamayacaq.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in kapitanı zədə səbəbindən şənbə günü komandanın son məşqində iştirak edə bilməyib.
32 yaşlı yarımmüdafiəçi Uelslə oyuna (1:0) start heyətində başlayıb. Təcrübəli futbolçu 90-cı dəqiqədə əvəzlənərək yerini Joao Neveşə verib. Portuqaliya millisinin baş məşqçisi Jorje Jezusun sözlərinə görə, futbolçu narahatlıq doğuran bir problemlə üzləşib.
Qeyd edək ki, Norveç - Portuqaliya qarşılaşması bu gecə Osloda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi
