“Tottenhem”in sabiq müdafiəçisi Ramon Veqa FIFA prezident seçkilərində Canni İnfantinoya rəqib olmağa qərar verən ilk şəxsdir.
Sportal.az xəbər verir ki, isveçrəli futbolçu 2004-cü ildə karyerasını başa vurub və o vaxtdan əsasən maliyyə sektorunda fəaliyyət göstərib. O, 2015, 2019 və 2022-ci illərdə FIFA prezidentliyinə namizədliyini irəli sürməyi nəzərdən keçirsə də, tələb olunan minimum dəstəyi – 211 milli federasiyadan 5-nin dəstəyini qazana bilməyib.
“Namizədliyimi irəli sürürəm, çünki həyat məni futbola xidmət etməyə hazırlayıb. Dünya futbol ailəsinin qarşısında təvazökarlıq, qətiyyət və dərin məsuliyyət hissi ilə dayanıram.
Futbol prezidentlərə, konfederasiyalara və ya idarəçilərə məxsus deyil. Futbol istənilən vəzifədən, istənilən şəxsdən və istənilən qurumdan daha böyükdür. Hazırda futbol reanimasiyadadır, həyat təminatı aparatına qoşulub. Artıq gözləyə bilmərik. FIFA-nın yeni istiqamətə və fundamental islahatlara ehtiyacı var”, – deyə İsveçrə millisinin 55 yaşlı sabiq futbolçusu bildirib.
saytlarin hazirlanmasi
