Millimiz Bosniya və Herseqovinaya qalib gəldi

20:36 - 8 Aprel 2017

Bu gün futzal üzrə AÇ-2018-in seçmə mərhələsinin B qrupunun oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçirilir. Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olub. Qarşılaşma komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb.

 

B qrupunun digər oyununda isə Macarıstan Albaniya ilə üz-üzə gələcək. Görüş macarların qələbəsi ilə yekunlaşıb - 4:3.

 

8 aprel 

AÇ-2018-in seçmə mərhələsi

B qrupu
 
 
Azərbaycan – Bosniya və Herseqovina - 5:4
Qollar:
Eduardo, 3 (1:0), Markiç, 7 (1:1),  16 (1:2), Everton Kardozo, 18 (2:2), Pavloviç, 19 (2:3), Bolinya, 19 (3:3),  20 (4:3), Bolinya, 33 (5:3)

Hakimlər: Timo Onatsu (Finlandiya), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı

 

16:00. Macarıstan – Albaniya - 4:3
Hakimlər:
Borislav Kolev (Bolqarıstan), Kostas Nikolaou (Kipr)
Bakı İdman Sarayı

Xəbər xətti