“Dörd gün ərzində 3 oyun keçirməliyik. Təcrübəli komandayıq, amma belə turnirlərdə bu cür səhvlərə yol vermək olmaz”.
Sportal.az xəbər verir ki, bu sözləri futzal millimizin baş məşqçisi Biro Jade AÇ-2018-in seçmə mərhələsində Bosniya və Herseqovina ilə keçirilən oyundan (5:4) sonra deyib.
Braziliyalı mütəxəssis qələbəyə baxmayaraq, komandasının oyunundan tam razı qalmadağını bildirib:
“Hesab 4:2 olarkən çox vacib qol imkanlarından yararlana bilmədik. Səhvlərimiz oldu. Lakin indi təhlil aparmaq üçün vaxtımız yoxdur. Qarşıda hələ 2 oyunumuz var. Düşünmürəm ki, bu gün göstərdiyimiz oyun komandamızın maksimum bacarığıdır. Futzalda mövcud olan tendensiya son dünya çempionatında alt-üst oldu. Bütün oyunlarda qələbə qazanmaq üçün var gücünlə mübarizə aparmalısan”.
saytlarin hazirlanmasi
