Millimiz Albaniyaya qarşı

11:46 - 9 Aprel 2017

Bu gün futzal üzrə Azərbaycan millisi AÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, yığmamızın rəqibi Albaniya millisi olacaq. B qrupunda yer alan millimiz dünən keçirdiyi ilk oyunda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə məğlub edib. Albanlar isə ilk görüşdə Macarıstana uduzub - 3:4.

 

Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 18:30-da start götürəcək.

 

Qrupun digər oyununda Bosniya və Herseqovina Macarıstanla qarşılaşacaq.

 

Futzal: AÇ-2018-in seçmə mərhələsi
B qrupu, 2-ci tur

9 aprel

 

16:00 Bosniya və Herseqovina - Macarıstan

 

18:30 Azərbaycan - Albaniya
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya)
Bakı idman sarayı.

Xəbər xətti