Millimiz qrup lideri oldu

20:38 - 9 Aprel 2017

Futzal üzrə Avropa çempionatının Bakıda keçirilən əsas seçmə mərhələsinin B qrupunda bu gün 2-ci turun qarşılaşmaları oynanılıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası Albaniya yığması ilə üz-üzə gəlib. Matç millimizin 5:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə yığmamız qrup lideri olub.

 

Turun digər oyununda Bosniya və Herseqovina Macarıstanla heç-heçə edib - 2:2.

 

Qeyd edək ki, Biro Jadenin baş məşqçi olduğu komanda ilk turda Bosniya və Herseqovinanı 5:4 hesabı ilə yenib. Albaniya isə Macarıstana uduzub - 3:4.

 

Avropa çempionatı, əsas seçmə mərhələ
B qrupu

 

Bosniya və Herseqovina - Macarıstan - 2:2

 

Azərbaycan - Albaniya - 5:0
Qollar:
Everton Kardozo, 02:02, Eduardo, 25:24, Vasura, 27:01, Namiq Məmmədkərimov, 34:21, Xətai Bağırov, 35:41
Hakimlər: Kostas Nikolau (Kipr), Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan), Ramil Namazov (Azərbaycan) 

Xəbər xətti