Millimiz İrana 4 qolla məğlub oldu

00:12 - 25 Yanvar 2018

Avro-2018-in final mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan millisi bu gün ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Joze Alesionun komandası yenə İranla üz-üzə gəlib. Bakı İdman Sarayında keçirilən görüş komandamızın 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, bu komandalar arasında dünən keçirilən ilk matç 3:3 hesabı ilə başa çatıb.

 

24 yanvar

Yoxlama oyunu

 

Azərbaycan – İran 1:4
Qollar:
R. Çovdarov, 18:27 – H. Tayebi, 11:32, A. Orauji, 16:17, M. Oladjhobad, 32, F. Tavakkoli, 36:27
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev

Xəbər xətti