“Rəqibimiz haqda ancaq xoş sözlər deyə bilərəm. Həqiqətən də güclü komanda ilə iki oyun keçirdik. Onu da deyim ki, baş məşqçinizlə bizim dostluq əlaqələrimiz var. İnanıram ki, komandanız Avropa çempionatında uğurlu nəticə qazanacaq”.
Sportal.az xəbər verir ki, bu sözləri futzal üzrə İran millisinin baş məşqçisi Mohammad Nazemalşarieh yığmamızla keçirilən yoxlama oyunundan sonra deyib. O, 4:1 hesablı qələbəni belə şərh edib:
“Bugünkü oyunun nəticəsinə təsir edən məqamlardan biri də Azərbaycan millisinin iki vacib futzalçısının meydana çıxmaması oldu”.
saytlarin hazirlanmasi
