Sloveniyanın paytaxtı Lyublyanada təşkil olunan futzal üzrə Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunlarına təyinatlar açıqlanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin sabah İspaniyaya qarşı keçirəcəyi qarşılaşmanın da hakimləri müəyyənləşib.
Matçın 1-ci hakimi rusiyalı Vladimir Kadikov olacaq. 2-ci hakim funksiyası sloveniyalı Admir Zahoviçə həvalə edilib. İtaliyalı Alessandro Malfer 3-cü hakim olacaq.
Qeyd edək ki, Azərbaycan – İspaniya görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Komandamız ötən gün keçirdiyi ilk oyunda Fransaya 5:3 hesabıyla qalib gəlib.
