Millimizin üzvü Messisayağı hərəkətindən danışdı: "Əsas oyun stilim elədir" MÜSAHİBƏ

11:48 - 5 Fevral 2018

Futzal üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov İspaniya ilə oyundan sonra AFF-nın mətbuat xidmətinə müsahbə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir.


- Son Avropa çempionuna qarşı oynadınız. Minimalhesblı məğlubiyyəti necə şərh edərdiniz?
- Növbəti mərhələyə vəsiqəni təmin etmişdik. Birinci yer uğrunda oynayırdıq və düşünürəm ki, yaxşı oyun oldu. Rəqib də bu oyuna yaxşı hazırlaşmışdı. Hər iki komandada qol epizodları oldu. Amma yararlana bilmədik. Şansları yaxşı dəyərləndirmədik. 

 

- Bir epizodda sanki Messi kimi hərəkətlər edirdin...
– Oyun vaxtı fikirləşmək olmur. Mənim əsas oyun stilim elədi. Nəsə etmək istədim. Alındı. Həmin epizodda da bəxtimiz gətirmədi. Rəqibin də çoxlu şansları oldu, ancaq yararlana bilmədilər. Onlar birindən istifadə etdilər, biz isə bacarmadıq. 

 

- Fransa ilə oyunun yorğunluğu hiss olunurdumu?
- Bir az hiss olunurdu. Amma rahat olmasaq da, qrupdan artıq çıxdığımızı düşünürdük. Rəqib kimi biz də oyuna yaxşı hazırlaşmışdıq. 

 

- Növbəti rəqib Portuqaliyadı. Bu oyunla bağlı nə deyə bilərsən? 
- İspaniyaya qarşı yaxşı oynadıq. Fikirləşirəm ki, belə çıxış etsək, Portuqaliyanı keçmək olar. Final istəyirik. 

 

- Onların sürətli futbolçuları var. Bu sizə problem yaratmayacaq? 
- Dünya çempionatında oynamışıq. Onlar bizə rəqib olub. Biz istəyirdik ki, rəqib Portuqaliya olsun. Elə də oldu. İki il əlimizdən qaçdılar. Şansdan istifadə etmədik. Düşünürəm ki, yaxşı olacaq.

Xəbər xətti