"Qarabağ" Avstriyadadır - FOTOLAR

23:26 - 2 İyul 2025

Xəbər verdiyimiz kimi, "Qarabağ" yay təlim-məşq toplanışının ikinci hissəsi üçün Avstriyaya yollanıb. 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Zell-Am-Seenin Kaprun bölgəsində 4 yoxlama görüşü keçirəcək.

Ağdam təmsilçisinin rəqibləri "Metallist1925"(Xarkov), "Tvente", "Zalsburq" olacaq.

"Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.


Xəbər xətti