"Bavariya" ilə müqaviləsi bitən futbolçu "Milan"a keçməyə çox yaxındır

23:05 - 7 May 2026

Leon Goretzka "Milan"a keçməyə yaxındır.

Sportal.az xəbər verir ki, İtaliya klubu mövsümün sonunda azad agent olacaq "Bavariya"nın yarımmüdafiəçisi ilə müqavilə bağlamaq üzrədir. Bundan əvvəl 31 yaşlı futbolçu ilə "İnter" və "Yuventus"un da maraqlandığı bildirilmişdi.

Qeyd edək ki, cari Bundesliqa mövsümündə Leon Goretzka 29 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti