Premyer Liqa klubu 33 yaşlı mütəxəssislə daha 3 illik müqavilə imzaladı

23:26 - 7 May 2026

"Brayton"un baş məşqçisi Fabian Hurzeler klubla müqaviləsini uzadıb.

Sportal.az xəbər verir ki, “qağayılar” 33 yaşlı mütəxəssisin 2029-cu ilə qədər nəzərdə tutulan yeni müqavilə imzaladığını açıqlayıb. Fabian Hurzeler komandaya 2024-cü ilin iyunundan rəhbərlik edir.

"Brayton" hazırda Premyer Liqa cədvəlində 35 turdan sonra topladığı 50 xalla 8-ci pillədə qərarlaşıb.

Xəbər xətti