Arteta: "Digər oyunların nəticələrini gözləməliyik"

17:58 - 19 May 2026

"Arsenal"ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 37-ci turunda komandasının "Börnli" üzərində qazandığı qələbəni (1:0) şərh edib.

Sportal.az "BBC News"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib:

​"Həm oynadığımız futboldan, həm də matçın nəticəsindən razıyam. İlk hissədə komanda çox yüksək səviyyədə çıxış etdi. Bu, bizim mövsümdəki ən yaxşı oyunlarımızdan biri idi. "Təəssüf ki, ikinci və ya üçüncü qolu vura bilmədik. Rəqib kompakt oynayırdı və mübarizəyə köklənmişdi. Çempionatda gərginlik davam edir. Biz öz vəzifəmizi yerinə yetirdik. İndi digər oyunların nəticələrini gözləməli, sonra isə "Kristal Pelas"la görüşə hazırlaşmalıyıq".

Qeyd edək ki, 37 oyun keçirən "Arsenal" 82 xalla çempionatın lideridir. İkinci hissədə olan "Mançester Siti" isə 36 matçdan sonra 77 xal toplayıb.

Xəbər xətti