"Borussiya" futbolçusunu Premyer Liqa klubuna icarəyə verdi

17:50 - 28 İyul 2017

İngiltərə Premyer Liqasında çıxış edən “Nyukasl” heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, “sağsağanlar” “Borussiya”nın yarımmüdafiəçisi Mikel Merinonu heyətinə cəlb edib. Dortmund klubunun 21 yaşlı futbolçusu "Nyukasl"da 1 illik icarə əsasında çıxış edəcək.

 

Qeyd edək ki, ispaniyalı futbolçu 2016-cı ildən "Osasuna"dan "Borussiya"ya transfer olmuşdu.

Xəbər xətti