Məşhur futbolçu 7-ci Liqa klubunda

18:39 - 28 İyul 2017

"Liverpul" və "Arsenal"ın sabiq futbolçusu Jermen Pennant karyerasını İngiltərənin 7-ci Liqasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu "Billeriki Taun" klubuna transfer olub. Onun sonuncu komandası I Liqada çıxış edən "Bari" klubu olub. Pennant son mövsümdə 7 oyun meydanda olmuşdu.

 

"Billeriki Taun" Pol Konçeski və Ceymi Ohara kimi Premyer Liqa təcrübəsinə sahib olan oyunçuları da rənglərinə bağlayıb.

 

Xatırladaq ki, Pennant İngiltərənin U-21 millisində çıxış edib. Təcrübəli futbolçu 1999/2005-ci illərdə "Arsenal"da, 2006/09-cu illərdə isə "Liverpul"da çıxış edib. Jermen İspaniya, Sinqapur və Hindistanda da legioner həyatı yaşayıb.

Xəbər xətti