"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etdi

19:20 - 31 İyul 2017

“Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç “Mançester Yunayted”ə transferi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı "qırmızı şeytanlar"ın rəsmi saytı yayıb. Bu keçid "Mançester Yunayted"ə 40 milyon funt sterlinqə başa gəlib. Matiçlə 3+1 illik şərti ilə müqavilə bağlanıb.

 

Qeyd edək ki, 28 yaşlı serbiyalı futbolçu “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo ilə “Çelsi”də işlədiyi vaxtda birgə çalışıb.

Xəbər xətti