Adı bir müddət əvvəl "Qarabağ"la hallanan Ukrayna yığmasının futbolçusu Artyom Fedetskinin yeni klubunun adına rəsmən aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi ölkəsinin "Karpatı" klubu ilə müqavilə imzalayıb. Fedetski yeni klubu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Fedetski karyerası ərzində "Arsenal" (Kiyev), "Şaxtyor", "Karpati" və "Dnepr" kimi klublarda da çıxış edib. Onun son klubu Almaniyanın "Darmştadt" komandası olub. Təcrübəli futbolçu Ukrayna millisində 53 oyun keçirib.
saytlarin hazirlanmasi
