"Beşiktaş" "Valensiya"nın hücumçusunu transfer etdi

21:06 - 2 Avqust 2017

Son Türkiyə çempionu olan "Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Valensiya"nın hücumçusu Alvaro Neqredonu transfer edib. 31 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. "Qara qartallar" İspaniya millisinin üzvünün keçidi üçün "yarasalar"a 2,5 milyon avro ödəyib. Təcrübəli futbolçu sabah İstanbula gələrək tibbi müayinədən kəçəcək və ictimaiyyətə təqdim olunacaq.
 
Qeyd edək ki, Neqredo 2014-cü ildən "Valensiya"da çıxış edirdi. O, son mövsümü "Midlzbro"nun heyətində icarə əsasında çıxış edib və 36 oyuna 9 qol vurub.

Xəbər xətti