"Monako"dan 10 milyon avroluq transfer

10:31 - 3 Avqust 2017

Fransa çempionu "Monako" növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq klubu" "Renn"in hücumçusu Adama Diakabini heyətinə qatıb. Fransanın gənclərdən ibarət yığmasının şərəfini qoruyan hücumçu 5 illik müqaviləyə imza atıb. Diakabinin transferi "Monako"ya 10 milyon avroya başa gəlib.

 

21 yaşlı futbolçu ötən mövsümdə "Renn"də keçirdiyi 25 oyunda 4 qol vurub.

Xəbər xətti