"Beşiktaş"dan növbəti transfer

14:29 - 3 Avqust 2017

Son Türkiyə çempionu olan "Beşiktaş" heyətinə yeni futbolçu cəlb edib.
 
Sportal.az xəbər verir ki, "qara qartallar" "Sanderlend"in yarımmüdafiəçisi Jermen Lensi transfer edib. "NTV Spor"un məlumatına görə, 29 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi Lensin keçidi üçün "qara pişiklər"ə 5 milyon avro ödəyib. 
 
Qeyd edək ki, Hollandiya millisinin üzvü ötən mövsüm icarə əsasında "Fənərbaxça"da çıxış edib və 25 oyuna 4 qol vurub.

Xəbər xətti