"Qəbələ"dən ayrılan futbolçu İngiltərə klubunda

15:57 - 3 Avqust 2017

Ötən mövsümün sonunda “Qəbələ”dən ayrılan Rikardinyo özünə yeni klub tapıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı müdafiəçi İngiltərə I Liqasında çıxış edən “Oksford Yunayted”lə müqavilə imzalayıb. Braziliyalı futbolçu 1+1 illik şərtiylə müqavilə bağlayıb.

 

Rikardo Ferreyra da Silva 2015-ci ildə İsveçin "Malmö" klubundan "Qəbələ"yə keçmişdi. Sol cinah müdafiəçisi son mövsümdə 25 oyunda 2 qol vurub.

Xəbər xətti