"Qalatasaray" "Mançester Siti"nin futbolçusunu transfer etdi

17:17 - 3 Avqust 2017

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar" "Mançester Siti"nin braziliyalı yarımmüdafiəçisi Fernando reqesi transfer edib.30 yaşlı yarımmüdafiəçi bu gecə İstanbula gələrək rəsmi müqaviləyə imza atacaq.

 

Qeyd edək ki, Fernando 2014-cü ildən "Mançester Siti"də çıxış edirdi. Təcrübəli futbolçu "şəhərlilr"in heyətində meydana çıxdığı 64 rəsmi qarşılaşmada 4 qol vurmağı bacarıb.

Xəbər xətti