Karyerası ərzində "İnter", "Tottenhem" və "Liverpul" kimi komandalarda oynamış irlandiyalı futbolçu Robbi Kinin yeni komandasının adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu karyerasını Hindistanda davam etdirəcək. Son olaraq ABŞ-ın "Los Anceles Qalaksi" klubunda top qovan hücumçu "Atletiko de Kolkata" klubu ilə münasibətlərini rəsmiləşdirib. O, Benqaliya təmsilçisi ilə 1 illik sözləşmə imzalayıb.
Qeyd edək ki, Kin 1998-2016-cı illərdə İrlandiya millisinin heyətində 146 oyun keçirib.
saytlarin hazirlanmasi
