Sabiq "Yuventus"lu İtaliyaya qayıtdı

14:50 - 5 Avqust 2017

İtaliya A Seriya təmsilçisi "Verona" heyətini gücləndirib.

 

Sportal.az xəbər verir ki, komanda uruqvaylı müdafiəçi Martin Kaseresi transfer edib. 30 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Kaseres son mövsümü İngiltərənin "Sauthempton" klubunda keçirib. Təcrübəli futbolçu "Barselona", "Yuventus", "Defensor", "Vilyarreal", "Rekreativo" və "Sevilya"da da çıxış edib.

Xəbər xətti