Burak Yılmaz rəsmən "Trabzonspor"da

11:59 - 6 Avqust 2017

İddialı komanda olmağı hədəfləyən "Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" Çinin "Pekin Qoyan" klubundan Burak Yılmazı transfer edib. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

"Trabzonspor" Türkiyə millisinin üzvü üçün asiyalılara 3,5 milyon avro ödəyəcək. 3 illik müqaviləyə imza atan 32 yaşlı forvard yeni komandasında illik 3 milyon 550 min avro maaş alacaq.

 

Qeyd edək ki, Burak Yılmaz "Pekin Qoyan"a 2016-cı ilin qışında "Qalatasaray"dan transfer olmuşdu. O, Çin klubunun heyətində meydana çıxdığı 28 rəsmi matçda 19 qol vurmağı bacarıb.

 

Xatırladaq ki, təcrübəli hücumçu daha öncə 2010-2012-ci illərdə "Trabzonspor"da çıxış etmişdi.

Xəbər xətti