Əmrə Mor İtaliya klubunda

14:07 - 6 Avqust 2017

Dortmund "Borussiya"sının futbolçusu Əmrə Mor karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, türkiyəli yarımmüdafiəçi "İnter"lə ilkin razılığa gəlib. Bu barədə futbolçunun agenti Muzzi Özcan məlumat verib: "İnter"lə anlaşdıq. Əmrənin "Napoli"yə keçəcəyi ilə bağlı xəbər isə doğru deyil".

 

Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Türkiyə yığmasının da üzvü olan Əmrə Mor “Borussiya”ya ötən ildən keçmişdi. 

Xəbər xətti