Sneyderin yeni klubu məlum oldu

18:15 - 6 Avqust 2017

Hollandiya millisinin üzvü Uelsi Sneyderin yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray"la yollarını ayıran futbolçu karyerasını Fransada davam etdirəcək. Təcrübəli futbolçu Fransa yüksək liqasında mübarizə aparan "Nitsa" klubu ilə anlaşıb. Bu barədə məlumatı "Nice-Matin" qəzeti yayıb. Bildirilir ki, Omar Abdulrahmanın keçidini həll edə bilməyən "Nitsa" Sneyderlə razılığa gəlib.

 

33 yaşlı yarımmüdafiəçi bu gün Nitsaya gedib. Onun sabah tibbi müayinədən keçəcəyi, daha sonra müqavilə bağlayacağı bildirilib.

 

Xatırladaq ki, Sneyder bu yay 2012-ci ildən çıxış etdiyi “Qalatasaray”la müqaviləni qarşılıqlı şəkildə ləğv edib.

Xəbər xətti