"Antalyaspor" "Arsenal"ın sabiq futbolçusunu transfer etdi

19:27 - 7 Avqust 2017

Türkiyənin "Antalyaspor" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Antalya təmsilçisi İsveçrə yığmasının futbolçusu Yohan Curunu heyətinə qatıb. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

 

"Arsenal"ın yetirməsi olan Curunun son komandası "Hamburq" olub.

 

Kot-d-İvuar əsilli oyunçu İsveçrə millisində 61 oyun keçirib və 2 qol vurub.

Xəbər xətti