"Mançester Yunayted" futbolçusunu icarəyə verdi

19:55 - 7 Avqust 2017

“Mançester Yunayted” müdafiəçisi Kameron Bortvik-Ceksonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı futbolçu icarə əsasında Çempionşip təmsilçisi "Lids Yunayted"də çıxış edəcək. Müqavilənin müddəti bir illik nəzərdə tutulub.

 

Qeyd edək ki, Bortvik-Cekson son mövsümü icarə əsasında “Vulverhempton”da oynayıb. Gənc futbolçu "qırmızı şeytanlar"da 10 oyun keçirib.

Xəbər xətti