Sabiq "Qarabağ"lı Portuqaliya klubunda

10:28 - 8 Avqust 2017

"Qarabağ"ın sabiq futbolçusu Danilo Dias özünə yeni komanda tapıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçu karyerasını yenidən Portuqaliyada davam etdirəcək. Təcrübəli futbolçu yenidən "Unian Madeyra" klubu ilə anlaşıb. Yarımmüdafiəçi köhnə-yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Braziliyalı futbolçu 2015-2016 mövsümündə də "Unian Madeyra"da çıxış edib. Komanda hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır. 

 

Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014-2015 mövsümündə oynayıb. 

Xəbər xətti