"Lester" aşağı liqadan hücumçu transfer etdi

16:33 - 8 Avqust 2017

İngiltərə Premyer Liqa təmsilçisi “Lester” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, “tülkülər” İngiltərənin səviyyəcə 4-cü divizionu olan 2-ci liqa təmsilçisi “Koventri”nin hücumçusu Corc Toması transfer edib. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. 20 yaşlı futbolçuyla 3 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, Uelsin gənclərdən ibarət millisinin üzvü olan Tomas son mövsümdə şans qazandığı 22 oyunda 3 qol vurub.

Xəbər xətti