"Zenit" "Atletiko"nun futbolçusu Matias Kranevitteri transfer edib.
Sportal.az xəbər verir ki, 24 yaşlı argentinalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. "Zenit" bu transfer üçün 8 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Kranevitter ötən mövsüm icarə əsasında çıxış etdiyi "Sevilya"da 21 matçda oynayıb.
saytlarin hazirlanmasi
