"Yuventus"un futbolçusu Premyer Liqa klubuna transfer oldu

10:59 - 9 Avqust 2017

İngiltərənin "Sauthempton" klubu növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi qabonlu futbolçu Mario Leminanı  heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

 

Qeyd edək ki, qabonlu futbolçu geridə qalan mövsümdə "Yuventus"da 29 oyuna çıxıb, 1 qol vurub.

Xəbər xətti